manera.az
manera.az

Metro avqustun 31-dək bağlı qalacaq - SƏBƏB

📅 05.08.2020 13:32

Metro avqustun 31-dək bağlı qalacaq - SƏBƏB
“Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 31 avqust tarixinə qədər metronun bağlı qalması qüvvədə saxlanılır”.

Manera.az xəbər verir ki, bunu iyulun 3-də Nazirləri Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:

“Burada sırf texniki-epidemioloji, o cümlədən də metronun bilavasitə ventilyasiya sistemi ilə əlaqədar olan məqamlar var. Ekspertlər rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşmiş ventilyasiya sistemi olan bir şəraitdə virusun təkrarən hərəkət etməsi və nəticə etibari ilə yoluxma miqyasının artması üzrə proseslər baş verə bilər ki, bu halda metronun işə salınması məqsədəuyğun hesab olunmur. Ona görə Bakı Nəqliyyat Agentliyi qarşısında bu tapşırılqar qoyulub ki, avtobus xətlərində saylar artırılsın, pik saatlarda sıxlıq yaranarsa, bunun qarşısının alınması üçün əlavə tədbirlər görülsün”.


Baxış sayı - 566 | Yüklənmə tarixi: 05.08.2020 13:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031