manera.az
manera.az

Daha bir qrup tibb mütəxəssisi Azərbaycana gəldi

📅 03.08.2020 17:23

Daha bir qrup tibb mütəxəssisi Azərbaycana gəldi
Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.

Manera.az xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italiyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib.

İtaliyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, altı mütəxəssis təxminən iki həftə ərzində Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19-a qarşı mübarizədə və onun qarşısının alınmasında məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirəcək, həmçinin yerli orqanlarla əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycanın Səhiyyə Nazirliyi və digər qurumlarla görüşlər keçiriləcək.


Baxış sayı - 741 | Yüklənmə tarixi: 03.08.2020 17:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031