manera.az
manera.az

Ayrılığı sal yadıma.. - Səfa Rəşidin şeirləri

Ayrılığı sal yadıma.. - Səfa Rəşidin şeirləri
Ayrılığı sal yadıma

Ömür bitdi...gün olmadı mənimki,
Bir gülərüz üzdə qalıb min ahım.
Bundan belə darıxmağa nə var ki,
Ayrılığı sal yadıma, darıxım.

Ayrılığı sal yadıma, darıxım,
Beli kəmər, çiçəklərə əlvida.
Arzular var, ürəyimdə bir qubar,
Açılmayan ləçəklərə əlvida.

Ayrılığı sal yadıma, darıxım,
Şeir var ki, ürəyimin özüdü.
Bir həftəlik deyil axı ayrılıq,
Dodağımın isinməyən sözüdü.

Ayrılığı sal yadıma, darıxım,
Səndən sonra dərdlərim var, təzədi.
Kürəyimdə ağrıların yenisi,
Əllərimi barmaq izin bəzəmir.

Ayrılığı sal yadıma, darıxım,
Bir ağrı ol ürəyimi sıx indi.
Sən özün də darıxmağı sevirsən,
Darıxmırsan ,ürəyimdən çıx indi.

Bir qadın tanıdım…

Bir qadın tanıdım , tək qalmış ada
Bir qadın tanıdım ,talehdən küsgün.
Hər gün qırışlarla yol çəkir adam,
Hər gün dərdlərini danışır güzgü.

Onun gözlərinin alovu itib
bir cüt sözə qalıb umidi yolda.
Gələrmi.. gəlməzmi..? yoldakı adam
Gözləri yol çəkir hey qaravulda.

Heç sığal görməyən ,tellərini də
Kuləklər darayir,yağışlar yuyur.
Getdikcə kiçilən gözlərini də,
Gecələr yatanda qapıda qoyur.

Hələ xəyalında mürguləyir eşq,
Ümid var…dərdini ovutmaz daha.
Onun gəlişinə qurban dediyi,
Nə bilsin bir daha qayıtmaz daha.


***
Payız idi,bağçamızın gülləri,
Soldurmuşdu yarpaqların sazaqda.
Tənhalığın payızında üşüyüb,
Darıxırdım,darıxırdım uzaqda.

Xilaf çıxdı vədəsinə arzular,
Nə doğrusu,nə yalanı bilindi.
Neçə ümid əllərimi buraxdı,
Neçə arzu ünvanını itirdi.

Sızıldadı yetim qalan ümidlər,
Qəribliyin dumanında,çənində.
Eh, nə yaman ip çəkəndi qəriblik,
Çırpınarsan tənhalığın əlində.


***
Çox uzundu,gecələrin həmləsi,
Yorularsan,gözlərini qan çəkər.
Dayanarsan, aynaların önündə,
Darıxarsan, bəxt üzünü yan çəkər.

Kibrit-kibrit alışarsan içində,
Bir ummanlıq suda sönməz həsrətin.
Ayrı salıb taleyinin köçündən,
Dəyişdirdin ünvanını qismətin.

Qırıq-qırıq saçlarından dən olar,
Həsrət boyda ayrılığın ağrısı.
Taleyinin bir üzündə payız var,
Bir üzündə, ürəyinin oğrusu.

İspaniya, Santander şəhəriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031