manera.az
manera.az

İki dərd - Zeynal Zeynallının hekayəsi

📅 14.04.2020 16:13

İki dərd - Zeynal Zeynallının hekayəsi
Bu qısa hekayə tam real hadisələr əsasında yazılmışdır.

- Yaxın keçmişin ən soyuq qış günlərini yaşayırdıq . Bakıda , sökülmək üçün tikilən yeni evlərin birinə öz qohumlarımın yanına istirahət üçün getmişdim . Bakı mənim üçün çox darıxdırıcı bir yer idi . Atam və anam rayonlarımızın birində yaşayırdılar . Özləri gəlməsələrdə , məni buraya tez-tez göndərirdilər . 1-2 ay qalıb rayona qayıdırdım . Bu ildə elə olacaqdı , amma olmadı .

7 yaşımı tamamlamağa çox az qalmışdı . Səhər heçvaxt oyanmadığım bir saatda , bığlı qohumum məni yuxudan oyatdı .

-"Oyan bala , getməliyik"

Bu ağsaqqal kişinin səsində bir titrəmə var idi . Soyuq bir titrəmə . Yuxulu-yuxulu , evin xanımı əynimi geyindirdi . Bığlı kişinin əlindən tutaraq aşağı endik . Maşına oturduq . Hava dəhşətli dərəcədə soyuq idi , amma bədənimi istilik bürümüşdü . Bığlı kişi maşını işə salıb , motorun istilənməyini gözləmədən ayağını qaza basdı . Bakı ilə bizim rayonun məsafəsi iki saatlıq yol idi . Arxada əyləşmiş evin xanımı hıçqırıq vuraraq ağlayırdı . Bığlı kişi siqaretin birini söndürüb birini yandırırdı . Arada üzümə baxıb , təkrar yola baxırdı . Sükanı iki əli ilə də dəhşətli dərəcədə sıxmışdı . Arxadakı qadın dayanmadan , ara vermədən ağlayırdı . Başa düşmürdüm nə baş verdiyini . Rayona çatmağa yarım saatlıq yol qalmışdı ki , kişi maşını saxladı . Aşağı enərək yenə bir siqaret yandırdı . Maşına söykənərək , telefonla danışmağa başladı . Getdikcə oturmağa başladı , qadın qapını açaraq aşağı endi . Kişinin qolundan tutub maşına otuzdurdu . Arxaya söykənən bığlı kişi mənim üzümə baxmırdı , o an ağladığını gördüm .

Təəccübləndim . Axı atam mənə demişdiki "Kişilər ağlamazlar" . Bəs bu əmi niyə ağlayırdı ? Qısa müddət sonra maşını yenidən işə saldı və yolumuza davam etdik . Rayonun girişində yeni tikilən məscid minarələrini görmək olurdu artıq . Sevincli idim . Bakını darıxdırıcı hesab etdiyim üçün , orada çox sıxılırdım . Amma rayon tam başqa idi , küçədə oynadığım uşaqlar , atamın hər həftəsonu apardığı "Sony 1" salonu . Valideynlərim üçün də çox darıxmışdım . Anamın hər səhər məni öpərək oyatması dünyanın ən böyük həzzini yaşadırdı mənə . Atamla həyətdə futbol oynayan zaman , hər dəfə bilərəkdən mənə uduzmasını demirəm hələ . Nə olsun ki , uşağam . Amma bilirdimki bilərəkdən edir .

Artıq rayona yetişmişdik , yeni tikilən məscidi arxada qoyub , rayon mərkəzinə doğru asfalt yolla şütüyürdük . Bığlı kişinin gözündən yaş axmaqda davam edirdi . Arxada əyləşmiş xanımın astadan ağlayış səsi aydın eşidilirdi . Budur , uzaqdan görünən "Xəzri" mehamnxanası ilə üz-üzə bizim məhəllə idi . Artıq çatmışdıq . Bığlı kişi sükanı axıra qədər sağa burub məhəlləyə daxil oldu . Səhər saat səkkizin yarısı olmasına baxmayaraq küçəmiz maşınlarla dolu idi . Yanğınsöndürən bir maşın var idi . İki ədəddə polis maşını . Evimizin uca damı görünmürdü . Qapımızda açıq . Bu vaxtı ? Niyə ki ? Durğunluq içində bığlı kişiyə baxdım . Mənə tərəf baxmadan , maşını tərk etdi . Hacı Qurban dayımı gördüm , başına toplaşan bir neçə kişi ilə söhbət edirdi . Bizim maşını görüb , asta addımlarla maşına tərəf yaxınlaşdı . Bığlı kişiyə salam verib , aşağı əyilərək maşının içinə nəzər saldı .

Arxada ağlayan qadında maşından endi . Başı ilə Hacı Qurban dayıma salam verib , evə doğru addımladı . Amma bu dəfə daha ucadan ağlayırdı . Hacı Qurban dayım qapını açdı , "Gəl oğlum" dedi . Əlimdən tutaraq evimizin əks istiqamətində addımlamağa başladıq . Mənim isə boynum arxaya burulu qapımıza baxmaqda idim . "Xəzri" mehmanxanasının qarşısındakı taxta skamyada əyləşdik . Hacı Qurban dayım ən böyük dayım idi . Zəhmli baxışları var idi . Ortada düyümlənmiş qaşları onu biraz daha zəhmli göstərirdi . İki əli ilə çiyinlərimi tutaraq gözlərimin içinə baxdı . O zəhmli kişi çox məsum görünürdü .

-"Sən artıq böyümüsən , yekə kişisən maşallah . Çalış ki , biraz dözümlü olasan . Əsl kişi kimi , atan kimi . Gecə hamının yuxuda olduğu zaman evinizdə qısaqapanma baş verib . Və eviniz yanıb . Atan və anan yeni ev almaq üçün mütləq işləməlidirlər . Amma burada yox . Siz gəlməmişdən biraz öncə getdilər . Uzaq bir ölkəyə yola çıxdılar . Yeni ev alacaq pul yığana qədər orada qalacaqlar"

Dayım belə danışdıqca şübhələrim artmağa başlamışdı . Axı mən uşaq deyildim . Dayımın qurumuş dodaqları can yandırıcı idi . Pis bir şeyin baş verdiyini sezmişdim . O qadın bütün yol boyu atam və anam üçün ağlayırdı . Onlar ölmüşdü . Bığlı kişi maşından enib telefonla danışdıqda isə valideynlərimin ölüm xəbərini vermişdilər . Ona görə ağlayırdı . Mən bunları başa düşməyəcək qədər uşaq deyildim . Dayımın gözlərinə baxıb dedim.

-"Bilirəm dayı , onlar ölüblər . Həm də yanaraq ölüblər , bilirəm dayı . Bilirəm"

Bu sözlərimdən sonra Hacı Qurban dayım özünü saxlaya bilmədi , başını sinəmə yaslayaraq hönkürtü ilə ağlamağa başladı . Mən isə donub qalmışdım . Yeddi yaşım var idi . Atam və anam məni tərk etmişdi . Ölmüşdülər .O hissləri sizə heç vaxt başa sala bilməyəcəm . İçimdəki o soyuqluğu , boşluğu , boğazımdakı quraqlığı , ürəyimdəki sıxıntını . Heçvaxt , heçvaxt başa sala bilməyəcəm . Yas yerinə gələn qadınlar sol qonşularımızın həyətinə gedirdilər . Biz məhəlləyə daxil olduq . Hərkəs çox iyrənc bir şəkildə mənə baxırdı . Yazıqları gəlirdi mənə . Yaşadığım əvəzolunmaz üzüntünü biruzə vermək istəməsəmdə , anlayırdılar .Dayım məni qonşu həyətə aparmaq istədikdə , etiraz etdim . Evimizi son dəfə görmək istəyirdim . Dayım nəsə demək istədiki , atamın dostu Miryaqub əmi gəldi .

-"İşin olmasın Hacı , gəl oğlum" dedi .

Əlini çiynimə qoydu , həyətdən içəri daxil olduq . Evi öz üstündə saxlayan daş sütunlar qalmışdı sadəcə . Yanğınsöndürən işçiləri su borularını səliqə ilə toplayırdılar . Ev tamam kül olmuşdu . Bir topa insan həyətin o biri tərəfində toplaşmışdılar , nəyisə götür-qoy edirdilər . Ağ pərdə ilə həyətin az bir hissəsi bağlanmışdı .

-"Əmi oranı niyə bağlayıblar ?" Miryaqub əmidən soruşdum .

Üzümə ani baxaraq , yenidən o istiqamətə baxaraq dedi

-"Orada çayçı var , gələn insanlar üçün çay hazırlayacaq"

Bilirdim , bunuda bilirdim ki , yalan deyir . Orada mənim atam və anam var idi . Çünkü bizdən sonra həyətə daxil olan bibim , o ağ pərdəli yerə doğru qaçmağa başladı . Həyətdə olan qohumlar və yad kişilər , bibimin arxasıyca qaçmağa başladı , qonşu həyətdən gələn qadınlar onu tutaraq saxladılar . Bibim isə qışqıraraq "Qardaş , qardaş" deyirdi . Miryaqubun əminin əlini buraxaraq o pərdəyə tərəf qaçdım . Bu çox ani baş verdi . Qarşımı ala bilmədilər .

Pərdənin o biri tərəfinə keçdikdə isə . Taxta stolların üzərinə iki insan uzatmışdılar . Yanaraq tanınmaz hala düşən iki insan . Bunlardan biri mənim atam , biri anam idi . Bilirsiz ? Çox ağır bir şeydir , atanı anadan ayıra bilməmək . Yanıb kül olmuş insanlardan birinin üzü mənə tərəf baxırdı . Çox kədərli idi bu baxış . Yeddi yaşlı bir uşağın qaldıra bilməyəcəyi qədər kədərli idi .

Can verərəkən çəkdiyi ağrı gözlərindən oxunurdu atamın , yada anamın . O ağrını qəlbimdə hiss etdim . Bundan sonra onların heç vaxt olmayacağını düşündükcə , ağrı şiddətini artırmaqda davam edirdi . İçimdən bir şeylər qopurdu . Yox ! Ola bilməzdi ! Bu mənim valideynlərim ola bilməzdi ! Amma bu etiraz həqiqəti dəyişdirə biləcək gücdə deyildi . Ahıl yaşına çatmış kişilər arxamca uşaq kimi qaçırdılar . Qolumdan tutdular və məni uzaqlaşdırdılar oradan .

Gözlərimi açdıqda qonşu evin otaqlarının birində uzanmışdım . Baş ucumda bir yaşlı qadın var idi . Ani olaraq gördüyüm mənzərə yadıma düşdü . Dəli olurdum , boğulurdum . Anlayırsız ?! Boğulurdum ! Atam heç vaxt mənimlə futbol oynamayacaqdı , anam heçvaxt yuxudan oyatmayacaqdı məni . Dəhşətdir , dəhşət ! "Ata" deyə bağırmaq istədim , lakin səsim çıxmadı . Göz yaşlarımı saxlaya bilmirdim . Dözülməz idi . Bu balaca qəlb qaldıra bilmirdi bu boyda yükü ! Ayağa qalxaraq otaqdan qaçdım , qoca qarı qarşımı kəsməyə macal tapmadı . Həyətdəki qadınlardan biri məni qolumdan tutdu . Təxmini 40-45 nəfər qadın ən son dərəcə qəmli gözlərlə baxırdılar mənə . Övladını qucağına sıxmış cavan bir ana , üzünü yana çevirərək dahada möhkəm basdı bağrına balasını . Orta yaşlı qadınlardan biri taqətini itirib yerə sərildi . Bu mənzərəyə dayana bilmədim . Var gücümü yığıb "Ataaa" deyə qışqırdım . Bu qışqırtı deyildi , bu bir fəryad idi . Yeddi yaşında bir uşağın ata fəryadı . Məni bağrına basıb hönkürtü ilə ağlayan qadın , məhəllədəki kişilərdən birini səslədi

-"Sən Allah bu tifilidə aparın" dedi .

Kişi əvvəl etiraz etsədə , fəryad etdiyimi görüb razılaşdı . Yaxına gələrək məni qucağına aldı . Dağ boyda kişilərin çiynində , mənim dağlardan böyük iki dərdim gedirdi . Onlar iki tabutda , iki valideyn , iki dərd , iki kədər , iki sevgi , iki məhəbbət , iki aşiq aparırdılar . Məzarlığın yolunu tutan bu kişilər mənim hərşeyimi torpağa yem etməyə aparırdılar .

Məzarlıq qapısında hərkəs dua etməyə başladı , mən isə yalnız "Ata" və "Ana" deyə qışqırırdım . Onlar mənim ən böyük duam idi çünkü . Ən böyük istəyim idi . Yanımda olmaları . Dəfn olunmamışdılar hələ , amma sanki yüz illərdir görmürdüm onları . Babamın məzarının ayaq tərəfində iki nəfər üçün iki məzar qazılmışdı . Bu məzarlar atamın və anamın yeni sevgi yuvaları , yeni daxmaları idi . Onlar əbədiyyən orada yaşayacaqdılar .

-3 İl sonra-

O gündən sonra həyatda san ki , yaşamırdım . Quru nəfəs əyyaşı olmuşdum . Hər şey mənasız və məntiqsiz gəlməyə başlamışdı . Qohumlarımda Hacı Qurban dayım məni evlərində saxlamağa razı olmamışdı . Bibimin həyat yoldaşı "Gəlib bizə yük olar" düşüncəsi ilə etiraz etmişdi onlarda qalmağıma . Üç ay boyunca hər gün bir qonşunun evində qalırdım . Sonra məni yetimxanaya verdilər . Hər gecə oradan qaçıb məzarlığa gedirdim .

Bir gecə hamının yatdığı bir vaxtda sakitcə otaqdan çıxdım . Qapılar bağlı olduğu üçün , dəhliz pəncərəsindən tullanaraq məzarlığa doğru qaçdım . Ata və ana sevgisi məndə qorxu hissini boğub öldürmüşdü . Artıq neçənci dəfə idi ora gedirdim . Məzarlarının ayaq tərəfində oturub hey məzarlara baxırdım . Bəzən cürət edib biraz dərdləşirdim . Bilirdim , bilirdimki onlar məni eşidir . Hər dəfə ora getdikdə bir ovuc torpaq gətirirdim oradan . Pəncərə önünə qoyulmuş dibçəklərə tökürdüm . Ümid edirdim ki , bir gün o dibçəkdə yetişən güllərdən valideynlərimin qoxusunu alacağam .

Səhər yeməyinə özümü güclə çatdırdım . Müəllimələrdən biri hey məni səsləyirdi . Yanına qaçıb

-"Buyur müəllimə" dedim .

-"Səhər açılandan səni axtarırıq . Sənə bir şad xəbərim var balaca kişi . Əmin gəlib . Müdürün otağındadır . Səni aparacaq buradan ."

Əmim uzun illər idi ki , Almaniyada yaşayırdı . Artıq oranın vətəndaşı idi . Bugün isə gəlmişdi . Bilmirəm niyə bu qədər gec gəldiyini . Müdür məni otağına çağırdı . Əmim atamdan altı yaş böyük olsada bir-birilərinə çox bənzəyirdilər . Məni qucaqladı , bağrına basdı . Üç il sonra bir istilik hiss etdim . Bir güvən hiss etdim əmim mənə sarılanda .

***

Artıq iyirmi üç yaşım var . Əmim məni öz himayəsinə götürərək , oğul dedi . Atamın göstərdiyi qayğını əksik etmədi məndən . Ona "Ata" dedim . Çünkü buna layiq idi . Əmimlə birlikdə məndə Almaniyaya üz tutdum . Artıq 15 ilə yaxındır ki, burada yaşayıram . Şükürlər olsun ki, hər şey qaydasındadır . Mən çox xoşbəxtəm . Atam və anamın ruhu xoşbəxt olduğu üçün . Onların ruhunun xoşbəxt olduğuna isə adım kimi əminəm . Çünki , çünki mən xoşbəxt olduqda onlarda xoşbəxt olurdular .


Baxış sayı - 1 217 | Yüklənmə tarixi: 14.04.2020 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031