manera.az
manera.az

“İsanın qadını” yenidən çap edildi

“İsanın qadını” yenidən çap edildi
Yazıçı Səxavət Sahilin müəllifi olduğu “İsanın qadını” romanı ikinci dəfə çap edilib.

Manera.az xəbər verir ki, kitab birinci nəşrinin tükəndiyi və oxucu marağına görə yenidən işıq üzü görüb.

“Avanqard Yayınları”nda nəşr edilən kitab birinci dəfə 2014-cü ildə nəşr edilmişdi.

“İsanın qadını” romanının qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir.

Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur.

Geciksə də “Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır.

Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb.

“İsanın qadını” ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın “ikinci nəfəsi” açılır, qaranlıq mətləblər aydın olur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031