manera.az
manera.az

"Günəbaxan"ın təqdimatı keçirildi - Fotolar

📅 19.02.2020 08:26

"Günəbaxan"ın təqdimatı keçirildi - Fotolar
Fevralın 16-da gənc şair Eminqueyin "Günəbaxan" şeirlər kitabının təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, təqdimatda gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

Eminqueyin bir neçə şeiri ilk dəfə olaraq təqdimatda təqdim olunub.

Tədbirdə həmçinin Yaqub İlyasovun rəhbərlik etdiyi "Nəfəs" musiqi qrupu da çıxış edib.

Tədbir iştirakçılarından bir çoxu çıxış edərək ürək sözlərini söyləyiblər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli, din xadimi; "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli, jurnalist Lalə Əliyeva və həyat yoldaşı rejissor və aktyor Abdulqəni Əliyev , Azərbaycanın əməkdar artistiAyşad Məmmədov və həyat yoldaşı İlqarə Tosova, tanınmış şair Məhəmməd Nərimanoğlu, tanınmış jurnalistlər Daşdəmir Əjdəroğlu, İradə Sarıyeva və başqaları şairin yaradıcılığında, poeziyasında diqqəti çəkən, oxucunu özünə bənd edən fəlsəfi fikirləri bəyəndiklərini, bunun gənc nəslə məxsus yeni nəfəs olduğunu vurğulayıblar.

Jurnalist Lalə xanım və aktyor Abdulqəni Əliyevin ifasında səslənən şeir parçası tam bir səhnə -tamaşa effekti yaradıb.

Tədbirin sonunda şair Eminquey imzası olan şeir kitabını oxuculara hədiyyə edib.

Qeyd edək ki, maraqlı, fəlsəfi zənginliklə dolu olan şeirləri ilə tanınan gənc şairin "0 dərəcə ” kitabı ilk, "Günəbaxan" kitabı isə ikincisidir./adalet.az/

"Günəbaxan"ın təqdimatı keçirildi - Fotolar
"Günəbaxan"ın təqdimatı keçirildi - Fotolar
"Günəbaxan"ın təqdimatı keçirildi - Fotolar
"Günəbaxan"ın təqdimatı keçirildi - Fotolar


Baxış sayı - 1 417 | Yüklənmə tarixi: 19.02.2020 08:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031