manera.az
manera.az

Nobelli yazıçı nəşriyyat açır - Qadınlar üçün

📅 19.01.2020 08:40

Nobelli yazıçı nəşriyyat açır - Qadınlar üçün
Nobel mükafatı laureatı Svetlana Alekseyeviç nəşriyyat evi açır.

Manera.az rus mətbuatına istinadən xəbər verir ki, belarus yazıçısı, Nobel mükafatı laureatı “Müharibə qadın simalı deyil”, “Sonuncu şahidlər”, “Çernobıl duası” kimi məşhur romanların müəllifi Svetlana Alekseyeviç ancaq qadın yazarların kitablarının dərc olunacağı nəşriyyat evi açmağı planlaşdırır. O, bu məsələ ilə bağlı fikirlərə belə aydınlıq gətirib: “Kişilər hər yerdə var, qadınlar isə az çap olunur”.

Bundan sonra öz kitablarının da yeni nəşriyyatda çap ediləcəyini bildirən yazıçı qeyd edib ki, nəşriyyat evində qadın yazarlardan Eva Vejnavetsin və Tatyana Skorinkinanın kitabları çap olunacaq.


Baxış sayı - 681 | Yüklənmə tarixi: 19.01.2020 08:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930