manera.az
manera.az

Günəş - Uşaq şeiri

📅 17.12.2019 05:42

Günəş - Uşaq şeiri
Günəş

Balaca Səmra bu gün,
Yuxudan tez oyandı.
Yeni çıxan Günəşin,
Qabağında dayandı.

Qıydı iki gözünü,
Açdı iki qolunu.
Başladı gözləməyə,
O, günəşin yolunu.

Tək Səmra oyaq idi,
Yatmışdı qalan hamı.
Səmra gördü ki, günəş
Heç onu qucaqlamır.

Günəşin şüaları
İçəriyə süzüldü.
Kefi qaçdı Səmranın,
Dodaqları büzüldü.

Gözləri doldu qızın,
Az qalmışdı ağlasın.
Ağlına gəldi birdən,
Dedi:- bəlkə günəşi
Ev qoymur qucaqlasın?

Qaçdı həyətə tərəf,
Çıxaraq otağından.
O, təzədən dayandı,
Günəşin qabağında.

Səhərin soyuğunda
Başladı gözləməyə,
O, günəşin yolunu.
Bir az keçdi, gördü ki,
Günəş isidir onu.

Dinlədi qumruların,
Qaranquşun səsini.
Üzü güldü, anladı,
Günəşin sevgisini.

Fərid HƏSƏNZADƏ
Günəş - Uşaq şeiri


Baxış sayı - 9 934 | Yüklənmə tarixi: 17.12.2019 05:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930