manera.az
manera.az

“Qızıl geyimli adam” Ankarada nümayiş etdiriləcək

📅 03.09.2019 22:53

 “Qızıl geyimli adam” Ankarada nümayiş etdiriləcək
Qazaxıstan arxeoloqlarının 1969-cu ildə Almatı şəhərinin 50 kilometrliyində - İssık kurqanında aşkar etdikləri qədim sak tayfasından qalma “Qızıl geyimli adam” adlandırılan zirehli geyim Ankaranın Anadolu Sivilizasiyaları Muzeyində nümayiş etdiriləcək.

MANERA.AZ
Anadolu agentliyinə istinadla xəbər verir ki, kurqanda çoxlu qızıl əşyalarla birlikdə tapılmış və sak tayfasının 18 yaşlı rəhbərinə aid olduğu güman edilən zirehli döyüşçü geyimi Qazaxıstanın milli rəmzinə çevrilib. Bundan əvvəl Azərbaycan, Belarus, Rusiya, Çin, Polşa və Cənubi Koreyada nümayiş etdirilən bu qiymətli artefakt Türkiyə paytaxtının sakinlərinin diqqətinə təqdim ediləcək.

“Qızıl geyimli adam” sentyabrın 12-dən etibarən Ankaradakı muzeydə qoyulacaq.


Baxış sayı - 1 284 | Yüklənmə tarixi: 03.09.2019 22:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031