manera.az
manera.az

Poetik ətir dolu ürəyimlə - Çağdaş Çin ədəbiyyatı

Poetik ətir dolu ürəyimlə - Çağdaş Çin ədəbiyyatı
Tzemin İtion Tsai - Çağdaş Çin yazıçısı

Doktor Tzemin İtion Tsai 1957-ci ildə Tayvanda, Çin Xalq Respublikasında anadan olmuşdur. O, istedadlı şair, esseist, romançı, köşə yazarı, redaktor, tərcüməçi və alimdir. Onun ədəbi yaradıcılığı təbiətin tərənnümü, insan duyğuları və həyat tərzinin təsviri, qrafik yazı, çapraz yazı və s. əhatə edir. Tzemin İtion Tsai Tayvanda Asiya Universitetinin professoru, "Oxu, Yazı və Tədris" elmi nəşrinin baş redaktorudur. Tayvanda "Çin Dili aylığı" üçün müntəzəm olaraq köşə yazıları yazır. Dünyanın bir çox məşhur şairləri onun Çin dilində tərcümələri və təqdimatları sayəsində Tayvan xalqını tanıya bilib. Ədəbi əsərləri dünyanın 40-dan çox ölkəsində 10-dan çox dildə antologiya, kitab, jurnal və qəzetlərdə nəşr edilmişdir. Qazandığı önəmli nailiyyətlər sırasında bunları xüsusi qeyd etmək olar:

– "Geniş Bucaqlı Gen Güzgüsü 2-ci Milli Müsabiqəsi"nin qızıl mükafatı (Tayvan, R. O. C.), 2014;
– "Geniş Bucaqlı Gen Güzgüsü 3-cü Milli Müsabiqəsi"nin bürünc mükafatı (Tayvan, R. O. C.), 2015;
– Çanghua şəhər mədəniyyət idarəsinin "23-cü Huangsi Ədəbiyyatı, Çanghua Şəhər Yazarları Mükafatı (Uzun roman)" (Tayvan, R. O. C.), 2015;
– "Çin xəbərləri” qəzetinin 38-ci Esse Mükafatı" Essay mükafatı (Tayvan, R. O. C.) 2015;
– Milli Hakka Komitəsinin ən yaxşı nəsr əsərinə görə "Tonq Çiçək Mükafatı" (Tayvan, R. O. C.), 2015;
– Yunnan vilayət mədəniyyət idarəsinin ən yaxşı qısa romana görə "12-ci Mədəniyyət və İncəsənət Mükafatı", 2016;
– Beynəlxalq Yazıçılar Birliyinin "2016-cı ilin görkəmli şairlərinə BOGDANI Beynəlxalq Mükafatı" (Belçika və Kosovo), 2016;
– Çanghua şəhər mədəniyyət idarəsinin "19-cu Huangsi Ədəbiyyat Mükafatı (Qısa romanın ilk mükafatı)" (Tayvan, R. O. C.), 2017;
– Çanghua şəhər mədəniyyət idarəsinin "19 Huangsi Ədəbiyyat Mükafatı (Nəsrin Ali Mükafatı)" (Tayvan, R. O. C.), 2017;
– Nantou vilayətl mədəniyyət idarəsinin "24-cü Yuşan Ədəbiyyatı, Nantou şəhər Yazıçıları Mükafatı (Şeir)" (Tayvan, R. O. C.), 2017;
– Dünya Millətləri Yazarlar Birliyinin "Beynəlxalq ədəbiyyat nüfuzu ömür boyu nailiyyət mükafatı" (Qazaxıstan Respublikası) 2017;
– Spektrum nəşriyyatının "Ən dəyərli şeir yaradıcılığı mükafatı" (İngiltərə), 2017;
– Spektrum nəşriyyatının "2017-ci il fevralın ən dəyərli poeziya yaradıcılığı nominasiyası mükafatı" (İngiltərə), 2017;
– Verbumlandi Art-attestato dı gran merıto "İngilis şeirinə görə ilk yüksək səviyyəli xüsusi mükafat" (İtaliya), 2017;
– Premıo il meleto dı guıdo gozzano "Beynəlxalq şair mükafatı" (İtaliya), 2017;
– Salentina Beynəlxalq Mədəniyyət Dərnəyinin "Beynəlxalq qrup üçün Vitruvio şeir müsabiqəsi (Birinci yer)" (İtaliya), 2018;
– Verbumlandi Art-Attestato dı gran merıto "Beynəlxalq poeziya və nəsr mükafatı" (İtaliya), 2018;
– Ümumdünya Qazaxıstan Respublikası Milli Yazıçılar Birliyi, "Dünyanın ən yaxşı şeir poeziya yaradıcılığı 1-ci dərəcəli mükafatı" (Qazaxıstan Respublikası), 2019;
– Martina Franca Artemozioni-arte: 5-ci Müasir İncəsənət Sərgisi Biennalesinin beynəlxalq emosiyalar festivalının 10-cu Beynəlxalq "Poeziya və qısa hekayələr toplusu ədəbiyyat mükafatı" (İtaliya), 2019;


BİR MİLLİK DAŞ-KƏSƏKLİ YOL

Dünən gəlməmişdi hələ bu gecə,
Çoxdan yola çıxmışdım gizlicə,
meşə içində
Dağ çayı boyunca balaca dar çığırla.
Ayaq altda çınqılların xışıltısı,
Yol kənarında tək-tək saydığım güllər.
Qızıl xrizantemlərin gözəllik işığında
Daşlı-kəsəkli yolu başa vurdum uğurla,
Xəyalımı oğurlayan adamla görüşmək üçün.

Daha sonra qoca ay
Aydınlatdı ümidsizcə yolumu.
Bu sərt daşlar qəddarca dabanlarımdan keçib
Qəlbimin dərinindəki dərdə sardı qolunu.
Ruhum qalan cəsarət damlasını qaldırıb
Bütün küləyi və dumanı içdi.
Qoca sarı itim də yolu qısaltmaq üçün
mənə yoldaşlıq edib daş yolu birgə keçdi.
Qayıtmağı arzulasam nə fərqi,
Ah, bir millik daşlı-kəsəkli bu yol
Bitsə bircə.
Şaxtanın nəfəsi ilə,
Bütün qəlbimlə dönməyi gözləyirəm səbirsizcə
Şirin evimə.
Vecimə deyil qəlbimin çaşqınlığı,
Neçə gecə güvəsinin içindən qaçıb qurtardım.
Ürəyimdə doğrudan bir qorxu var,
Çığırın sonunda gözləyən nədir,
İçində heç nə yox, düzü.
Ürəyimdə doğrudan bir qorxu var,
Bu yolun başında gözləyən nədir,
Əsla doğmayacaq təzə bir arzu.

ADVA ƏTƏYİNDƏ MEDİTASİYA

Zamanın qanadlarında səyahət,
Məsafələrin açdığı maneələr üzərində düşüncələr.
Yaylaqda dağ küləyinin fit səsi
Danışır mənə 1300 il əvvəlin hekayəsin:
Döyüş dini dəyişməklə başladı,
Kilsələr və səngərlər qazıldı dağ başında,
Uğursuz bir ölkədə qəddar ruh tək görüntü.

Roma imperiyasıyla ittifaqda
Qırmızı dəniz mənə əngəl olmadı.
"Göz yaşları qapısı" Mandab boğazı
Aden körfəzini birləşdirməklə qalmadı,
Məni İsa Məsihə imana da bağladı.
Bu uğursuz ərazini, o palçıq cığırlı qayalıqları
Bir anlıq görməzdən gəl,
Aslan kükrəməsinə bənzəyən bağıırtılar
o anda yanıb sönər.

Bütün İsgəndəriyyə sahillərindən ah çəkər
Ərəbistanın özünə inamı altında
Zaman və məkan.
Beynəlxalq aləmdəki gerçəyi təkrarlayar
Geez və Obeliski Dünya İrsinə birləşdirən an.
Bütün bunları qəti qəbul etməliyəmmi?
Başdaşı və tarixin ölümü...

QIRMIZI ÇİÇƏKLƏRİ OLMAYAN QIŞDA

Bu iki poinsettia çiçəyini
Ötən il bazardan evə gətirdim,
İndi qızarmış üzləri yandırın
Mənə o istini qaytarmaq üçün
çovğunlu, soyuq qış günlərində.
Soyuq nəsillərin bir-birinin ardınca getdiyi zamanda
Məcbur edin məni bu istəksiz dostluqlara dözməməyə,
tərk etməyə.
Fəqət mənim xilas olmam onlara zərər yetirdi.

Axı mən hardan bilim
Bu il qış isti olacaq?
Günəş payızın qürubu
Kimi gözəl olmayacaq.
İsti zərrə qədər azalmır yenə,
Soyuğu gözləyirəm səbirsizcə,
Soyuğun addımları
Yaman çox tənbəl gəlir.
Qoy həmişə belə istilər olsun,
Belə gücsüz, zəif, heysiz
Bu qış səbirsizliklə ili gözləyirik biz.

Hər ikisi mənimlə bir yazı gözləyə bilmədi,
Biri payız-qış mövsümü dəyişəndə keçmiş oldu,
O biri yaşasa belə, bir ovuc yarpağı qaldı,
Daha al çiçək açmaz.
Toxunuram indi çılpaq budaqlara,
İttiham etmək üçün də bəhanə yox.
Bu qışın fəlakətimi,
Yoxsa mənim cahilliyim.
Oh...

EVƏ GEDƏN UZUN YOL

Bir növ çobanyastığı var:
Adı Paris
Yamacların ən sərt yerində bitir,
Püskürən ağ-sarı çiçəkləriylə
Baharın qulağın dəlir bu bəyazlıq.
Unutdum bütün gördüyüm
Çobanyastığı çiçəklərini,
Bütün payızlarda açılanları.
Unutdum bütün gördüyüm
Çobanyastığı çiçəklərini,
Yaya qədərkilər buna aid etmirəm.

Albalı var:
Adı qış albalısıdır,
Göyə yaxın yüksək çəmənlərdə bitir,
Püskürən ağ-sarı çiçəkləriylə
Bu bəyazlıq qışın buzun artırır.
Unutdum bütün gördüyüm albalıları,
Yazda üzə çıxan bütün rəngli, fərqli şouları
Artıq düşməsinə izn verilən quru çiçəklər yerdədir.

Yaz,
Poetik ətir dolu ürəyimlə
dərə yolundan enirəm.
Fərqi nədir,
Bunlar küləkdə dolaşan
Çəhrayı mimoza çiçəkləridi,
Utancaqdı və ya utancaq deyil,
Soyuqlardan sonra çıxıb gedəcək.
Mən tək bunu düşünürəm,
Kim çiçəklə dolduracaq
Əziz evimə gedən yolun son mil məsafəsin?

Azərbaycan dilinə tərcümə edən: Təranə Turan RəhimliБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930