manera.az
manera.az

Şair Oqtay Rza vəfat edib

Şair Oqtay Rza vəfat edib

Azərbaycan ədəbiyyatına ağır itki üz verdi.


Çağdaş poeziyamızda özünəməxsus yeri olan şair ADPU-nin dosenti, Əməkdar müəllim Oqtay Rza bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki,Oqtay Məhəmməd oğlu Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir. Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır

Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur . Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir.1971-ci ildən N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim və ömrünün son illərini dosent kimi çalışıb.Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

Oqtay Rzanın əməyi hər zaman yüksək qiymətləndirib.Respublikanın Əməkdar müəllimi fəxri adı Mikayıl Müşfiq, "Qızıl qələm" mükafatlarına layiq görülüb.

Allah rəhmət eləsin.



Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930