manera.az
manera.az

Yalçın Topçu ordenlə təltif olundu- Foto

📅 02.07.2019 13:48

Yalçın Topçu ordenlə təltif olundu- Foto
Türkiyə Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilib.

Bu barədə Manera.az-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Türk Dünyası qarşısındakı xidmətlərinə görə Yalçın Topçuya yüksək ordeni Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov, Ankarda Türkiyə Prezidentinin rezidensiyasında şəxsən təqdim edib.

Xatırladaq ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi xidmətlərə görə” ordeni 8 aprel 2018-ci ildə UQTMŞ Rəyasət Heyətinin qərarı ilə təsis edilib. İndiyə qədər 3 Ukrayna vətəndaşı, 1 Gürcüstan və 1 Azərbaycan vətəndaşı bu yüksək ordenlə təltif ediliblər.


Yalçın Topçu ordenlə təltif olundu- Foto


Baxış sayı - 1 135 | Yüklənmə tarixi: 02.07.2019 13:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930