manera.az
manera.az

Cəfər Cabbarlıya aid interaktiv plakat hazırlanıb

📅 05.03.2019 11:46

Cəfər Cabbarlıya aid interaktiv plakat hazırlanıb
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi ilə əlaqədar interaktiv plakat hazırlanmışdır.

MANERA.AZ
xəbər verir ki, interaktiv plakatda Cəfər Cabbarlının fotoşəkli, ədibin kitabları, onun adını daşıyan gəmi, 100 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli və Cəfər Cabbarlı metro stansiyasının şəkilləri fonunda 13 interaktiv nöqtə yerləşdirilmişdir.

Burada Cəfər Cabbarlı haqqında iki dildə məlumat (Azərbaycan və rus dilində), ədibin heykəli, Bakı və Xızıdakı ev muzeyləri haqqında məlumat, bəstəkar Ə.Bədəlbəylinin ədib haqqında fikirləri, Əminə Yusifqızının ifasında C.Cabbarlının “Ana” şeiri, İradə Tuncayın “Bir içim insan Cəfər Cabbarlı” filmi, Yasamal rayon MKS-inin və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının C.Cabbarlı haqqında hazırladığı videoçarxlar və s.

İnteraktiv plakat Yasamal rayon və Xızı rayon MKS-lərinin Rusiya Federasiyasının Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanmışdır.

İnteraktiv plakat likdə yerləşdirilmişdir

İnteraktiv plakat bu linkdə yerləşdirilmişdir.


Baxış sayı - 1 571 | Yüklənmə tarixi: 05.03.2019 11:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031