Əbülfət Mədətoğludan yeni şeir: BİR ANLIQ

Əbülfət Mədətoğlu
"Bir qadına... və hamıya" silsiləsindən...
Hamilədi bu gecə
duyğularım adına...
İmkan tapıb gizlicə -
sən məni sal yadına...
Bir közərən lampanı
bir sönən şamı düşün...
Bir anlıq da olsa sən -
mənsizliyindən üşün...
Düzüb sapa günləri
anların duasın ver...
islansın kirpiyindən -
Gülüm , uyuduğun yer!
...Hamilədi bu gecə
Tanrı çatsın dadına...
Ümidimi bələyir -
diz çöküm o qadına!..
MANERA.AZ