manera.az
manera.az

Sərdar Amindən yeni roman - "Su Sərgisi"

Sərdar Amindən yeni roman - "Su Sərgisi"
Yazıçı Sərdar Aminin "Su sərgisi" romanı nəşr olunub.

Roman ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərini sərgiləyir.

Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək, yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi?
Bəs təbiət - o, hər an insanla vəhdət deyilmi?
Bunun üçün sıradan bir addım kənara çıxıb köks ötürmək yetərmiş...
Səma, ölüm, qadın, su... Sərdar Aminin romanı yer-göylə əlləşən gəncin bulanlıq mübarizəsindən bəhs edir.

"Qanun" nəşriyyatında çapdan çıxan romanın təqdimat mərasimi dekabrın 15-i, saat 15:00-da Dillər Universitetinin akt zalında baş tutacaq.

Qeyd edək ki, "Su sərgisi" Sərdar Aminin ikinci romanıdır. Müəllifin "Qaratoyuq nəğməsi" (2013) romanı və "Şeiraltı" (2015) şeirlər toplusu nəşr olunub.

Sərdar Amindən yeni roman - "Su Sərgisi"

MANERA.AZ


Baxış sayı - 1 493 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031