manera.az
manera.az

Gənc pianoçumuz “Qran-pri” mükafatını qazanıb

📅 18.11.2018 20:17

Gənc pianoçumuz  “Qran-pri” mükafatını qazanıb
Noyabrın 12-dən 18-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsində həmyerlimiz Abuzər Manafzadə piano üzrə 17 yaşdan yuxarı ifaçılar kateqoriyasında ən yüksək mükafat olan “Qran-pri” mükafatını qazanıb.

Manera.az xəbər verir ki, Amerika, Avropa və Asiyadan 200-dən çox musiqiçinin iştirakı ilə keçirilən müsabiqədə 36 yarımfinalçı içərisindən seçilən yeddi finalçı arasında gənc pianoçu A.Manafzadə beynəlxalq münsiflər heyəti tərəfindən ən yüksək qiymətə layiq görülərək müsabiqənin qalibi olub.

Qeyd edək ki, Abuzər Manafzadə tərəfindən bəstələnən və Balaban və Simfonik Orkestr üçün ilk dəfə yazılmış konsertin dünya premyerası iki həftə əvvəl ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində təqdim edilib və dinləyicilər tərəfindən alqışlarla qarşılanıb, musiqi tənqidçiləri tərəfindən isə yüksək rəylər alıb. Sənət həyatına pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi hazırda dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili alan ilk azərbaycanlı olmaqla yanaşı, Lints şəhərinin Anton Brukner Universitetində piano ixtisası üzrə magistratura təhsilini davam etdirir.

MANERA.AZ


Baxış sayı - 1 230 | Yüklənmə tarixi: 18.11.2018 20:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031