manera.az
manera.az

Azərbaycan dilində olan film festivalda mükafat aldı

📅 07.06.2018 12:14

Azərbaycan dilində olan film festivalda mükafat aldı
İranlı rejissor Əsgər Yusifinejadın Azərbaycan dilində çəkdiyi “Ev” adlı film Rumıniyada keçirilən “Transilvania” Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Mayın 25-dən iyunun 3-dək keçirilən festivalda “Ev” filmi dünyanın bir çox ölkəsində yaşanan orqan bağışlamaq problemini işıqlandırdığına görə “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

İranın azərbaycanlı rejissoru Əsgər Yusifinejadın filmində azərbaycanlı ailədə baş verən hadisələrdən bəhs olunur. Ailə başçısı vəsiyyət edir ki, öləndə onun orqanları ehtiyacı olanlara bağışlanılsın və insan tələfatının qarşısı alınsın. Lakin ailə başçısı öldükdən sonra onun qızı atasının orqanlarının bağışlanmasının əleyhinə çıxır. Filmdə azərbaycanlıların milli mentaliteti, mehribanlığı və insanpərvərlik kimi xüsusiyyətləri qabarıq şəkildə göstərilir.

Ə.Yusifinejadın “Ev” filmi cari ildə Tehranda keçirilən 35-ci “Fəcr” Film Festivalında da mükafata layiq görülüb.

Tanınmış rejissor bildirib ki, Azərbaycan dilində çəkdiyi ilk filminin uğur qazanması onu yaradıcılığını genişləndirməyə həvəsləndirib. Hazırda rejissor “Evlilik otağı” adlı yeni film üzərində çalışır. Bu film də Azərbaycan dilində çəkilir və yaxın aylarda tamaşaçılara təqdim ediləcək.


Baxış sayı - 1 201 | Yüklənmə tarixi: 07.06.2018 12:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930