Manera.az saytı gənc yazar Rəqsanə Mehdizadənin şeirini təqdim edir.Səni yadasalıram..
Bir balaca gözünü,
bir az nəhəng əllərini,
saçlarında gizlənən bir-iki ağ telini..
indi ömrümün ən üşüyən çağıdı,
ürkəkləşən, kövrəkləşən çağıdı.
Nigaran qalma məndən.
Hələ canımda dözüm var,
Dözürəm günlərin soyuğuna,qışına .
Özümlə dil tapa bilməyəndə
çıxıram bəxtimlə şikayət savaşına.
Sayıb toplayıram azsaylı xoşbəxt günləri,
hər dəfə də vuruluram boynu bükük xatirənə.
Xatirələr üst+üstə gəlir.
Sonra ayrılığı ordan çıxıram,
yenə səni tapmayıb ortada məchul qalıram.
Təkrar-təkrar qayıdıb,
səni yada salıram..
Bir balaca gözünü,
bir az nəhəng əllərini,
saçlarında gizlənən bir-iki ağ telini..
MANERA.AZ
Baxış sayı - 1 439 |
Yüklənmə tarixi: 09.02.2018 16:47