manera.az
manera.az

"Lənkəran: Ensiklopedik məlumat II" kitabı nəşr edilib

"Lənkəran: Ensiklopedik məlumat II" kitabı nəşr edilib

Azərbaycan Yazıçılar Birliyinin üzvləri - filologiya üzrə fəlsəfə doktoru Hacı Mirhaşım Talışlı və «Aşkarlıq» qəzetinin baş redaktoru Hacı Etibar Əhədovun «Lənkəran: ensiklopedik məlumat» kitabının ikinci nəşri çapdan çıxıb.

Lənkəran tarixinin bütün sahələrini əhatə edən və ilk dəfə 2014-cü ildə işıq üzü görmüş bu kitab, oxucuların xahişi ilə, əlavələr edilməklə təkrar nəşr olunub.

Kitab elmi-informativ, fakt və məlumatların zənginliyi, məzmun mükəmməlliyi baxımından diqqəti çəkir. Burada ictimai-siyasi həyatımızın bütün sahələri, o cümlədən rayonun tarixini, etnoqrafiyasını, sosial-iqtisadi və mədəni-quruculuğun bütün sahələrini əks etdirən məlumatlar, Lənkərandan olan və həyatını bu rayonla bağlayan ictimai-siyasi, hərbi xadimlər, elm və mədəniyyət işçiləri, tanınmış şəxsiyyətlər haqqında ensiklopedik məlumatlar, müxtəlif tarixi anları göstərən fotoşəkillər və s. verilib.

Kitabın həmmüəlliflərindən Hacı Etibar Əhədovun sözlərinə görə. müəyyən dövrlərdə Lənkəranla bağlı məlumat xarakterli bir sıra kitablar çap olunsa da, bunlarda rayonun coğrafi-təbii, etnoqrafik, sosial, mədəni həyatı və görkəmli şəxsiyyətləri haqqında tam məlumat əldə etmək mümkün deyildir. Təbii ki, ötən dövrlərdən fərqli olaraq bu gün tariximizə yeni nəzərlə yanaşılmalı və real qiymət verilməlidir:”Lənkəran Azərbaycanda aparılan iqtisadi-sosial, mədəni-quruculuq islahatlarının mərkəzində dayanaraq sürətlə inkişaf edir. İnkişafın yeni mərhələsində Lənkəranın tarixi keçmişini, bu günün reallıqlarını əks etdirən ensiklopedik kitabın yaranmasına mühüm ehtiyac duyulub”.

«Lənkəran: ensiklopedik məlumat» kitabı tarixi və müasirliyi baxımından ilk kitabdır. Müəlliflər bu kitab üzərində 10 ildən çox bir müddətdə işləyib, arxivlərdə axtarışlar aparıb, kitabxanalara, muzeylərə, tarixi yerlərə baş çəkib, çoxsaylı insanlarla söhbətlər ediblər.

Kitab hazırlanarkən Azərbaycan, rus, sovet və ümumdünya ensiklopediyalarının təcrübəsindən də istifadə olunub.

Təqdirəlayiq haldır ki, ensiklopediyada məqalələr (terminlər) əlifba sırası ilə düzülüb, diqqəti cəlb etmək üçün ayrı-ayrı başlıqlar böyük hərflərlə, qara şriftlərlə yığılıb. Dahi rəhbər, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı, dövlət başçısı cənab İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında və onların Lənkərana gəlişi barədə ayrıca bölmə ayrılıb.

«Lənkəran: ensiklopedik məlumat» kitabının yeni nəşrində 1900-dan çox məqalə-termin, 990 şəkil verilib, 210 elmi ədəbiyyatdan, 200-dən çox qəzet materialından istifadə edilib.

Kitab «3 saylı Bakı Mətbəəsi» ASC-də çap olunub.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mirhüseyn Abbasdır...../Ağaddin Babayev,Lənkəran/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031