manera.az
manera.az

Nodar Şaşıqoğlunun xatirə gecəsi keçiriləcək

📅 18.12.2017 17:15

Nodar Şaşıqoğlunun xatirə gecəsi keçiriləcək
Dekabrın 19-da Dövlət Rus Dram Teatrında Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, xatirə tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutacaq.

Xatirə gecəsində Nodar Şaşıqoğlunun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun həyat və yaradıcılığına həsr olunan videoçarx təqdim olunacaq.

Qeyd edək ki, N. Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə anadan olub. Tiflisdə Teatr İnstitutunu bitirdikdən sonra Moskvanın və Sankt-Peterburqun müxtəlif teatrlarında çalışıb. “Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarda işləyib. N. Şaşıqoğlunun “Uzaq sahillərdə” filmində yaratdığı Mixaylo obrazı ona böyük şöhrət qazandırıb.

Aktyor 12 aprel 2013-cü ildə Bakıda vəfat edib..../apa.az/


Baxış sayı - 1 447 | Yüklənmə tarixi: 18.12.2017 17:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031