manera.az
manera.az

Şah İsmayıl Xətai və oğlunun yeni şeirləri aşkarlanıb

📅 13.11.2017 18:41

Şah İsmayıl Xətai və oğlunun yeni şeirləri aşkarlanıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından I Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar edib.

İnstitutdan MANERA.AZ-a verilən məlumata görə, Xətainin Ankara Milli Kitabxanasındakı Əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər var.

Şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır. Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir:

"Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilib. Beləliklə, I Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam ediblər".

Şah İsmayıl Xətai və oğlunun yeni şeirləri aşkarlanıb


Baxış sayı - 2 686 | Yüklənmə tarixi: 13.11.2017 18:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031