manera.az
manera.az

Ürəyini mənə açmadan getmə, ey sevgilim.. - Taqor

Ürəyini mənə açmadan getmə, ey sevgilim.. - Taqor
Manera.az Rabindranat Taqorun mənsur şeirlərini təqdim edir:

***
Ey sevgilim, qəlbim gecə-gündüz səninlə görüşmək həsrətindədir.
Elə bir görüş ki, hər şeyi udan ölümə bərabərdir.
Məni fırtına kimi darmadağın elə; nəyim varsa al; röyalarımı dağıt.
Arzularımı oğurla. Məni kainatımdan məhrum elə.
Bu tar-mar zamanı qəlbin son ümidi ilə qoy biz yalnız gözəlliyə çevrilək.
Heyhat, mənim arzularım əbəsdir!
Bu birləşmək ümidi səndən başqa harada mümkündür, ilahi!

***
Ürəyini mənə açmadan getmə, ey sevgilim.
Mən bütün gecəni yatmamşam, indi budur, gözlərim yuxudan ağırlaşır.
Qorxuram ki, yuxuya gedib səni itirərəm.
Ürəyini mənə açmadan getmə, ey sevgilim.
Mən yerimdən sıçrayıb əllərimi uzadıram ki, sənə toxunsun. Öz-özümdən soruşuram: "Bu yuxudrmu?"
Ah, sənin ayaqlarını məhəbbətimin toruna salıb, qəlbimin yaxınlığında saxlaya bilsəydim!
Ürəyini mənə açmadan getmə, ey sevgilim.

***
Bir çöl quşu olan qəlbim öz səmasını sənin gözlərində tapmışdır.
Bu gözlər səhərin beşiyi, bu gözlər ulduzlar səltənətidir. Nəğmələrim onların qəlbində itib batır.
İcazə ver, mən o səmada, onun tənha namütənahiliyində süzüm.
İcazə ver, yalnız onun buludlarını yarıb, qanadlarımı açaraq, onun günəşinin parıltısında süzüm.

***
Bəli, son nəğməni qurtar və ayrılaq.
Artıq gecə yoxa çıxdıqda, mən gecəni unuduram.
Kimi qucaqlamağa çalışacağam? Röyaları əsla əsir etmək olmaz.
Mənim acgöz qollarım boşluğu bağrıma basır və bu boşluq ürəyimi bərk ağrıdır.

***
Mən qızın əllərindən tutub onu bağrıma basıram.
Onun gözəllikləri ilə ağuşumu doldurmağa çalışıram, busələrindən xoş
təbəssümünü oğurlamaq, baxışlarımla onun qara gözlərinin baxışlarını içmək istəyirəm.
Ah, bu mümkündürmü? Göyün maviliyini kim ala bilər!?
Mən onun gözəlliyini tutmaq istəyirəm. O məndən qaçır, əlimdə yalnız
bədəni qalır. Mən yorğun və aldanmış halda geri çəkilirəm.
Yalnız ruha müyəssər olan çiçəyə bədən təmas edə bilərmi?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031