“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara Müşfiq Ötgün cavab verir.- Niyə varsan?- Olmaya bilmədim.
- Niyə yox olacaqsan?- Buna inanmıram.
- Niyə yazırsan?- Gəmi kapitanları da yol gündəliyi yazardılar.
- Yaşamaq nədir?- Daimi doğulmanın ağrıları və sevincləri.
- Ölüm nədir?- Naməlumluqla ünsiyyət qorxusu.
- Ədalət nədir?- Başqasında özünü görmək qabiliyyəti.
- Azadlıq nədir?- Özün olmaq yolunda əngəlin olmaması.
- Yaradıcılıq nədir?- Tanrının insanda zühuru.
- İnsan kimdir?- Sonsuzluğun üzü.
Tural İsmayılov,
MANERA.AZ
Baxış sayı - 3 662 |
Yüklənmə tarixi: 16.03.2017 21:18