manera.az
manera.az

Ölüm nədir? - Hər gün ölməmək- Elçin Mirzəbəyli danışır|MANERA.AZ

📅 14.03.2017 21:23

Ölüm nədir? - Hər gün ölməmək- Elçin Mirzəbəyli danışır|MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara tanınmış jurnalist Elçin Mirzəbəyli cavab verir.

-Niyə varsan?

- İlahi harmoniya pozulmasın deyə.

- Niyə yox olacaqsan?

- İlahi harmoniyanı qoruya biləcək başqa birisinə yol açmaq üçün.

- Niyə yazırsan?

- Paylaşmaq üçün.

- Yaşamaq nədir?

- Ölümdən öncəki son anda həyata bağlanmaq.

- Ölüm nədir?

- Hər gün ölməmək.

- Ədalət nədir?

- Başdaşını sığallayan qadın əli.

- Azadlıq nədir?

- Mədəniyyət ölçüsü.

- Yaradıcılıq nədir?

- Təsəlli.

- İnsan kimdir?

- Yolçu.

Tural İsmayılov,
MANERA.AZ


Baxış sayı - 1 822 | Yüklənmə tarixi: 14.03.2017 21:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031