manera.az
manera.az

Əməkdar artist dünyasını dəyişdi

Əməkdar artist dünyasını dəyişdi


Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Gəncə Dövlət Dram teatrının aktyoru, respublikanın əməkdar artisti Faiq Məsim oğlu Qasımov ömrünün 68-ci baharında qəflətən vəfat edib. O, 25 avqust 1948-ci ildə anadan olub. 1965-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan Faiq Qasımov hər zaman yaradıcılığında yumorun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilirdi. Onun Gəncə teatrının səhnəsində bir-birindən maraqlı obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanırdı. Şərif, Pirqulu (“Almaz” və “Aydın”- Cəfər Cabbarlı), Göyüş, Xəfiyyəbaşı (“Kişilər” və “Ulduzlar görüşəndə”-Altay Məmmədov), Aslan, Mirzə Qərənfil, Casus (“Nişanlı qız”, “Xoşbəxtlər” və “Küləklər”-Sabit Rəhman), Fındıqburun (“Diribaş adamlar”-Vasili Şukşin), Hacı Qara (“Hacı Qara”-Mirzə Fətəli Axundzadə), Heydər (“Qız atası”-Əfqan Əsgərov), Çingiz (“Bəxtsiz cavan”-Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo və kassio, Cani (“Otello” və “III Riçard”-Vilyam Şekspir), Qara kişi (“Gəl qohum olaq”- İsi Məlikzadə), Təlxək (“Tariyel”-Məmmədəli Nəsirov), Uolter (“Üç qəpiklik opera”- Bertolt Brext), ikinci sərxoş (“Mənim günahım”-İlyas Əfəndiyev), Polad (“Qoruqlar”- Əliağa Kürçaylı), Rauf (“Mezozoy əhvalatı”-Maqsud İbrahimbəyov), Paollo (“Uzaq sahillərdə”-İmran Qasımov və Həsən Seyidbəyli), Dito (“Araba hələ aşmayıb”-Otiya İoseliani), Şəkəralı (“Günəşlə oyananlar”- Qeybulla Rəsulov), Tolya Jarikov (“Mükafat”- Aleksandr Gelman), Mirpaşa (“Komsomol poeması”- İsgəndər Coşqun), Seyran (“Səadət sorağında”-Teymur Məmmədov), Lətif (“Yaxın adam”-İsi Məlikzadə), Xəlil (“Qaçaq Nəbi”-Süleyman Rüstəm), Əli Məmməd Dilbəri (“Əli Məmməd Dilbəri”- Səttar Zərdablı), İvan İvanoviç (“İvan İvanoviç var idimi?”-Nazim Hikmət), Vartan (“Üçatılan”- İlyas Əfəndiyev), Toyuq oğrusu (“72-ci kamera”-Orxan Kamal), İonitse (“İctimai rəy”-Aurel Baranqa), Eldar (“Yeddi oğlan və bir qız”- Rövşən Ağayev), Əzrayıl (“Dəli Domrul”- Altay Məmmədov), Germes (“Odu atma, Prometey!”-Mustay Kərim), Kürd Musa (“Vaqif”-Səməd Vurğun), Heydərqulu (“Həyat”-Mirzə İbrahimov), Pavel Yesenski (“Zəngli saat”-Osvald Zaqradnik) obrazları Faiq Qasımovun yaradıcılığının əsasını təşkil edirdi. Faiq Qasımov Gəncə Dövlət Dram teatrında özünəməxsus bir sənət məktəbi yarada bilmişdir. O, son illər teatrın səhnəsində bir-birindən maraqlı pyeslərə səhnə həyatı bəxş etməklə quruluşlar vermişdir. Teatr xadimlər ittifaqının üzvü, “Qızıl Dərviş” mükafat laureatı adına layiq görülmüşdür.
Mərhumla vida mərasimi 24 yanvar 2017-ci il saat 11-dən 14-dək Gəncə Dövlət Dram teatrının binasında olacaq. Dəfn mərasimi Gəncə Fəxri xiyabanda keçiriləcək.

Allah rəhmət etsin !

Turan Etibaroğlu
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031