manera.az
manera.az

Tuva planeti- Monqış Kenin Lopsanın şeiri/ MANERA.AZ

📅 05.01.2017 12:30

Tuva planeti- Monqış Kenin Lopsanın şeiri/ MANERA.AZ


Manera.az Oktay Hacımusalının tərcüməsində Monqış Kenin Lopsanın şeirini təqdim edir.

Günəş sisteminin kiçik planetlərindən birinin adı Tuvadır.

Dədəmin danışdığı nağıllar sizi qorusun,
Ulduzlu, pərili nağıllar sonda səni, məni göy üzünə uçuracaq.
Qurbüstünün hüzuruna. Bir möcüzə baş verəcək həmin anda
Dünyaya yaxın bütün insanlar əfv buyuracaq.

Bu uzaqdakı nağıllar boşuna ola bilməz. Yox!
Narın qanadları var uşaqların: daha güclü, daha məğrur.
Fırtınalar qopanda əllərimin içinə qonub,
Dimdiklərini israrla ovuclarıma vurur.

Uçuram kosmik fəzada, davam edir gün orda
Onlar ölkəmə və kainata görə narahat
Biz onlara nağıllardan çıxan bir uşaq verdik,
İllər əvvəl transda beləcə başladı həyat.

Yüksək təpələr də uca zirvələr olmasa əriyib gedər,
düzənliklərdə toz qalxar dağdakı qarların yerinə.
Canlıdır planet başdan ayağa kimi,
Kiçik, gözəçarpmayan həyat işləməkdə dərinə.

Orda böyük oxlar ətrafında fırlanır mifoloji dramlar,
Mənim Tuvam dayanıb Yupiterdə zirvədə.
Bir nağıla dönmüşəm oğullarımın yaddaşında,
Mənəm nağıllarda yaşayıb qocalan dədə.

MANERA.AZ


Baxış sayı - 1 554 | Yüklənmə tarixi: 05.01.2017 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031