manera.az
manera.az

Barat Vüsalın kitablarının təqdimatı olub


Barat Vüsalın  kitablarının təqdimatı olub
İyunun 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda qurumun Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsalın seçilmiş əsərlərinin toplandığı ikicildliyin təqdimatı keçirilib.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov kitab haqqında məlumat verib.

Bildirilib ki, kitabın birinci cildində şairin Vətənə, yurda, millətə, insana, xalqımızın zəngin mənəvi dəyərlərinə həsr edilmiş şeirləri, ikinci cilddə isə şeirlərlə yanaşı, müxtəlif illərdə qələmə alınmış üç poema (“Al dədə”, “Ana gözləri” və “Prometeyin son günü”) və esseləri yer alıb. Bütünlükdə 1078 səhifədən ibarət ikicildliyin redaktoru Nəriman Əbdürrəhmanlıdır.

Tədbirdə akademik Teymur Bünyadov, AYB-nin katibləri İlqar Fəhmi, Rəşad Məcid, qurumun Ağsaqqallar Şurasının sədri, Xalq Şairi Nəriman Həsənzadə, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, ədəbiyyat, incəsənət xadimləri, şairin dostları ona yaradıcılıq uğurları arzulayıb, həyatının və yaradıcılığının mühüm anlarından söhbət açıblar.

Bildirilib ki, şairin “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdır”, “Ömür bitər, yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi”, “Kufə əhli”, şeirlər kitabından sonra nəfis tərtibatla işıq üzü görən ikicildliyi onun oxucular qarşısında yaradıcılıq hesabatıdır.

Tədbirdə şairin şeirlərindən nümunələr səsləndirilib.

Sonda B.Vüsal tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib yeni şeirlərini oxuyub, imzası ilə kitablarını iştirakçılara təqdim edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031