manera.az
manera.az

Kino çəkilişi üçün vergi artırılır... MANERA.AZ

📅 28.06.2016 11:23

Kino çəkilişi üçün vergi artırılır... MANERA.AZ

İslandiya parlamenti ölkənin ərazisində kino çəkilişinə qoyulan vergini 20 faizdən 25 faizə qaldırmaq barədə qərar qəbul edib.

Manera.az-ın məlumatına görə, dəyişiklik gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs 2021-ci ilə qədər nəzərdə tutulan vergi islahatının tərkib hissəsi sayılır. Qeyri-adi, gözəl təbiətinə və heyranedici landşaftına görə İslandiya dünya kinosunun ən populyar çəkiliş məkanlarından biri sayılır və burada kino biznesi digər ölkələrlə müqayisədə xeyli inkişaf edib.

Qanunvericilikdə oxşar dəyişikliyin aparılması yalnız İslandiyaya aid deyil. Bu ilin yanvarında Fransa hökuməti də ölkə ərazisində film çəkilişləri üçün vergi dərəcəsini 20 faizdən 30 faizə qaldırıb.

Norveçdə isə bu verginin dərəcəsi əvvəldən 25 faizdir. Analoji qanun dəyişikliyinin aparılması Rumıniyada, Almaniyada və Serbiyada da gündəlikdədir.


Baxış sayı - 2 167 | Yüklənmə tarixi: 28.06.2016 11:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930