manera.az
manera.az

“Allaha salam” filminin premyerası keçirilib

📅 01.11.2024 14:58

“Allaha salam” filminin premyerası keçirilib
Oktyabrın 31-də Nizami Kino Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın rejissorluq etdiyi “Allaha salam” filminin premyerası olub.

MANERA.AZ xəbər verir ki, tədbirdə çıxış edən filmin əsas obrazı, Xalq artisti Məmmədsəfa Qasımov layihənin qısa müddət ərzində peşəkarlıqla ərsəyə gəlməsini böyük uğur kimi qiymətləndirib.

O bildirib ki, film Birinci Qarabağ müharibəsindən bəhs edir. “Mən qazi obrazına həyat verirəm. Burada onun müharibədən sonra evinə qayıdanda yaşadığı ağrı-acılar təsvir olunur. Çəkilişlərimiz Şamaxı və Şabran rayonlarında reallaşıb”, deyə Xalq artisti əlavə edib.

Ekran əsərinin bədii rəhbəri, Xalq artisti Oqtay Mirqasımov, ssenari müəllifi və rejissoru Xəyal Rza filmin ərsəyə gəlmə prosesindən söhbət açıblar.

Deputat Aqil Abbas film haqqında fikirlərini bölüşərək, müsbət rəyini bildirib.

Sonra ekran əsəri nümayiş olunub.

“Allaha salam”ın aktyor heyətində, Məhəmməd Məmmədov və Zeynəb Kəngərli də iştirak ediblər.

“Allaha salam” filminin premyerası keçirilib
“Allaha salam” filminin premyerası keçirilib
“Allaha salam” filminin premyerası keçirilib
“Allaha salam” filminin premyerası keçirilib
“Allaha salam” filminin premyerası keçirilib


Baxış sayı - 260 | Yüklənmə tarixi: 01.11.2024 14:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031