manera.az
manera.az

Mədəniyyət Nazirliyində yeni təyinatlar

📅 30.05.2024 12:33

Mədəniyyət Nazirliyində yeni təyinatlar
Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

MANERA.AZ xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub.

Mustafa Abbasbəyli bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Nazirin bir başqa əmri ilə isə Cəsarət Valehov nazir Adil Kərimlinin müşaviri təyin edilib.

O, bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.

Hər iki təyinatı Mədəniyyət Nazirliyindən təsdiq ediblər. /apa.az/


Baxış sayı - 643 | Yüklənmə tarixi: 30.05.2024 12:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31