manera.az
manera.az

Mikayıl Müşfiqə həsr olunan tamaşa göstəriləcək

Mikayıl Müşfiqə həsr olunan tamaşa göstəriləcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” aprelin 21-də yenidən nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramdır.

Tamaşanın rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

“Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olan istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır.

Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir.

Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031