manera.az
manera.az

Qarabağ Universitetində ilk vakansiya

📅 28.02.2024 14:59

Qarabağ Universitetində  ilk vakansiya
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

MANERA.AZ xəbər verir ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər:

Qarabağ Universitetində vakansiya – proqram rəhbəri

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.


Baxış sayı - 555 | Yüklənmə tarixi: 28.02.2024 14:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031