manera.az
manera.az

Elçin Səfərov: “Könüllülük bir toxumdur..” | MANERA.AZ

Elçin Səfərov: “Könüllülük bir toxumdur..” | MANERA.AZ

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) korporativ direktoru, Atletlər kəndinin meri Elçin Səfərov Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüb.

MANERA.AZ xəbər verir ki, BSU-nun Tələbə Xeyriyyə Fondunun (TXF) təşkilatçılığı ilə keçirilən görüşdə Elçin Səfərov Azərbaycanda 2016-cı ildə keçiriləcək “Formula 1” yarışı və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları barədə gəncləri məlumatlandırıb, könüllülük və könüllülərin fəaliyyəti, gələcək oyunlarda nəzərdə tutulmuş mühim işlərdən danışıb.

Korperativ direktor “Bakı-2015” Avropa Oyunlarına hazırlıq ərəfəsində yüksək səviyyədə inşa edilən infrastrukturlar barədə də fikir bildirib. Onun sözlərinə görə , Olimpiya Oyunları zamanı inşa edilmiş idman obyektləri bizə gələcəkdə daha böyük tədbirlər keçirtməyə imkan yaradır. Elçin Səfərov bildirib ki, Atletlər kəndi Olimpiya Oyunlarındakı kəndlərdən daha yaxşı standartları və yeniliklərinə görə fərqlənir.

Elçin Səfərov deyib: “I Avropa Oyunlarının məşəlinin rayonlarda alovlandırılması bütün dünyaya Azərbaycanın paytaxtı ilə bərabər, bölgələrinin də inkişaf etdiyini göstərdi. Məşəlin Qarabağ bölgəsini gəzməsi də böyük siyasət və uğurdur”.

“Formula 1” yarışı və İslam Oyunlarının da yüksək səviyyədə keçəcəyindən əmin olduğunu deyən E. Səfərov bildirib ki, Azərbaycan buna artıq hazırdır.
Elçin Səfərov: “Könüllülük bir toxumdur..” | MANERA.AZ
Elçin Səfərov “Bakı-2015” Avropa Oyunları zamanı könüllü olaraq fəaliyyət göstərən BSU tələbələrinin və Tələbə Xeyriyyə Fonduna üzv olan gənclərin çoxsaylı suallarını cavablandırıb. "Könüllülük bir toxumdur və biz bunu Azərbaycanda cücərtdik" deyən Elçin Səfərov Azərbaycanı irəlidə gözləyən böyük layihələrdə daim könüllü gənclərə dəstək olacağını vurğulayıb.

Aytəkin QardaşovaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031