manera.az
manera.az

Dövlət Mükafatının məbləği artırıldı

📅 28.12.2023 12:37

Dövlət Mükafatının məbləği artırıldı
Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

MANERA.AZ xəbər verir ki, fərmana əsasən, iki ildən bir verilən Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği 30 min manatdan 40 min manata çatdırılıb, sayı isə 5-dən 3-ə endirilib.

Mükafat hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.

Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.


Baxış sayı - 328 | Yüklənmə tarixi: 28.12.2023 12:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031