manera.az
manera.az

Və müharibə qurtardı, Kamil.. - Oktay Hacımusalı yazır

Və müharibə qurtardı, Kamil.. - Oktay Hacımusalı yazır
və ya Elçin Hüseynbəylinin iki hekayəsi haqqında...

Önümdə iki hekayə var. Hər iki hekayədə də insan taleləri... Uşaqlar da, böyüklər də müharibənin fərqindədirlər.

Birinci hekayədəki Kamil səkkiz aylıqdır, ikinci hekayədə əsgər Namazovun körpəsi Banu səkkiz aylıqdır. Amma hər şeyi başa düşürlər. Çünki müharibə görən uşaqlar tez böyüyürlər. Hətta heç uşaqlıqları olmur desək yeridir. Uşaqlığımız müharibəyə düşüb deyə özümdən bilirəm, ətrafımdan bilirəm.

Elçin Hüseynbəyli bəzəyib düzəməyib bu hekayəni, söz oyunları yoxdur bu hekayələrdə. Di gəl, həyatın özü var, düz orta yeri var, insanların yaşadıqları tarix yazan oğulların qanı bəlkə də qurumadan yazılıb bu hekayələr.

Həsənov öləcəyini ağlına gətirirdi, vurula bilmə ehtimalı da yüksək idi, hər an bir namərd gülləsinə tuş gələ bilərdi, gəldi də, amma birinci büküb bürmələdiyi körpəni soruşdu. Yadıma bu yaxınlarda dövlətimizin "qalın yaşayın" deməsinə baxmayaraq getməkdə israr edən ermənilərə bizim əsgərlərin su paylamağı düşdü. O səhnəni görəndə bircə cümlə demişdim öz- özümə: "bizimkiləri qanına qəltan etmişdi ermənilər”. Sonra özüm özümə cavab da vermişdim: “o onlar idi, bu biz idik...”

Bəli, bu bizik... Xilas etdiyimiz erməni körpəsinə belə sahib çıxmağı bacaracaq qədər insanpərvərik... O isə onlardır... Körpələrin başını kəsib top kimi ortada oynadanlar....

Bəli, Elçin Hüseynbəyli hər iki hekayədə də süjeti körpə üzərində qurub. Və eyni zamanda körpənin kiriməsi faktı... Hər iki hekayədə də eyni zamanda kəsərli, sərt təbiətli, eyni zamanda ürəyiyuxa bir kişi obrazı var. Uşağın ağlamasına dözməyən, nəyin bahasına olursa olsun onu kiritməyə cəhd göstərən bir kişi obrazı...

Həmçinin Azərbaycan kişisinin yaddaş faktoru da hər iki hekayədə gözlə görünür şəkildə işlənib. Yəni, yurd yeri, Vətən elə bir qutsal bir məkandır ki, əsgər babasının danışdıqlarını yaddaşına köçürüb, hətta bir dəfə belə getməsə də, görməsə də o yerlərin hər daşına, hər qayasına bələddir. Çünkü onundur, ona aiddir, çünkü babası ölən gününə qədər oralardan danışıb ona.

Ayrıca, bir məqam da diqqətimi çəkdi: Elçin Hüseynbəylinin birinci hekayəsi "Sükutda hıçqırtı" hekayəsinin ilk cümlələri ilə "Əsgər barmağını əmən körpə" hekayəsinin ilk cümlələri demək olar ki, bir birinin davamıdır.

İnanın ki, Azad Şuşa saytının qeydini oxumadan bunu yazdım, sonra bir də baxdim ki, müəllif də eyni sözləri deyib. Niyə elə düşündüm?!
- Gəlini göndər getsin - cümləsi əslində bir simvolika imiş kimi gəldi mənə. "Yazıqdır komandir, özümüzlə aparaq, "sanitarkalara" təhvil verərik. Erməni də olsa, körpədir..." cümləsi isə aidlik duyğusunun oyanması idi həm də.

Yəni bizim olana, bizimlə olana sahib olmağı bacarırıq mesajını verib müəllif bu cümlələri ilə.
Və ikinci hekayənin sonluğu: "mənim uşağım yox idi..."

İkinci hekayənin sonluğu elə birinci hekayənin davamı idi: gecənin səssizliyində kimsə hıçqırırdı..Amma, müharibə bitmişdi, Kamil... Əsas olan da elə budur...

Oktay HacımusalıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30