manera.az
manera.az

Naşirlərlə kitabçıların görüşü olacaq

📅 15.02.2022 11:03

Naşirlərlə kitabçıların görüşü olacaq
Naşirlərlə kitabçıların ictimai görüşü təşkil ediləcək.

MANERA.AZ xəbər verir ki, ictimai görüşün keçirilməsində məqsəd ölkə kitabçılığının, yerli ədəbiyyatın inkişafına dəstək olmaq, bölgələrə kitabın çatdırılımasındakı problemlər, həmiçinin plagiat və pirat mövzularında reallıqları müzakirə etmək, çıxış yolları axtarmaq, nəşriyyatlarla kitab mağazaları arasındakı əməkdaşlığı inkişaf etdirməkdir.

Görüş ictimai müzakirə xarakter daşıyır, hər iki tərəfin yaşadığı çətinliklər, əlaqələrin zəifliyi, kitab ticarətinə təsir edən gerçək amillər, satışın təşkili, kitab marketinqinin düzgün qurulması kimi məsələlərlə bağlı çıxışlar ediləcək və bu çıxışlar ətrafında müzakirələr aparılacaq.

Görüş fevralın 18-i saat 15:00-da Azərbaycanda Atatürk Mərkəzində keçiriləcək. Azərbaycan Nəşriyyatları Assosasiası İctimai Birliyi (ANAİB) tərəfindən təşkil olunacaq.


Baxış sayı - 609 | Yüklənmə tarixi: 15.02.2022 11:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930