Ədəbi dil normalarının pozulması məsələləri müzakirə edildi - MANERA.AZ
![]()
MANERA.AZ xəbər verir ki, bu gün Dilçilik İnstitutunda monitorinqin nəticələrinə həsr olunan mətbuat konfransı keçirilib.
Tədbirdə Dilçilik İnstitutu direktorunun müavini, dosent Baba Məhərrəmli Azərbaycan dilçilik elminin inkişafı ilə bağlı İnstitutda görülən işlərdən və monitorinq şöbəsinin fəaliyyətindən söz açıb.
Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli ədəbi dilin müxtəlif sahələrdə işlənməsinin özəllikləri, mövcüd problemlər və yol verilən xarakterik nöqsanlar haqqında danışıb. Müxtəlif sahələrdə dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyəti xüsusi qeyd edilib.
İnstitutun aparıcı elmi işçisi, küçə adları, reklam və afişaların dilinin monitorinq üzrə qrupun rəhbəri Rasim Heydərov statistik təhlillər əsasında aparılan monitorinqin nəticələri və müşahidə olunan dil qüsurları barədə danışıb.
Bakının üç rayonunda bir çox obyektlərdə aparılan monitorinq zamanı ümumilikdə 1000-dən çox norma pozuntusu aşkarlanıb.
Nöqsanların əksəriyyəti ticarət və ictimai iaşə obyektlərində, digər xidmət sahələrində qeydə alınıb. Müəyyənləşdirilib ki, bu zaman fonetik, leksik, qrammatik normalara riayət olunmur. Hazırda əsas nöqsanlardan biri də obyekt adlarının əcnəbi dildə və qrafikada verilməsi, mətnlərin həmin dildə və natamam yazılmasıdır.
Digər çıxış edənlər də Azərbaycan dilinin saflığının qorunmasında və dilimizin inkişafında Dövlət Proqramının əhəmiyyətindən söz açıb, monitorinq şöbəsinin əməkdaşlarının bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndiriblər.
Sonda mətbuat konfransının təşkilatçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.
MANERA.AZ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()