manera.az
manera.az

Vətən müharibəsi ilə bağlı serial gələn il çəkiləcək

Vətən müharibəsi ilə bağlı serial gələn il çəkiləcək
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük Zəfərə töhfə vermək məqsədilə çəkilən "Qarabağ Vətən müharibəsi" şərti adlı serialın istehsalının ilkin hazırlıq mərhələsi davam edir.

MANERA.AZ xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov "Qarabağ Vətən müharibəsi" serialı ilə bağlı keçirilən brifinqdə deyib.

"Ekran əsərinin çəkiliş məkanlarının seçilməsi tamamlanıb, Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb. Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Azərbaycanlılardan ibarət aktyor heyətinin seçimi və onlarla sınaq çəkilişləri həyata keçirilib", - deyə şöbə müdiri bildirib

Onun sözlərinə görə, "Qarabağ Vətən müharibəsi" şərti adlı serialın çəkilişlərinə gələn ilin mart ayında başlanılacaq.

Serial 8 bölümdən ibarət olmaqla hər bölüm 1 saat olacaq.

Qeyd edək ki, serial Türkiyədə fəaliyyət göstərən “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir. "Bozdağ Film" şirkətinin istehsalı olan "Kuruluş Osman", "Diriliş Ertuğrul", "Aşkın yolculuğu. Yunus Əmrə", "Mendirman Celaleddin", "Destan" kimi uğurlu serial layihələri dünyanın yüzdən çox ölkəsində yayımlanaraq milyonlarla tamaşaçı sevgisi qazanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728