manera.az
manera.az

Dörd ölkə "Avroviziya"dan imtina etdi

Dörd ölkə "Avroviziya"dan imtina etdi
Dörd ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.

MANERA.AZ xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.

Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər.

Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib.

Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb.

2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina “Avroviziya-2023”də də iştirak etməyəcək.

Bolqarıstan isə müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.


Baxış sayı - 268 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728