manera.az
manera.az

Adını tarixə yazdı şəhidlər - Şeir

Adını tarixə yazdı şəhidlər - Şeir
Şəhidlər

Qəfil mərmi səsi, qəfil top səsi,
Səngərdə yerini aldı şəhidlər.
Dələndə köksünü namərd gülləsi,
Əbədi yuxuya daldı şəhidlər.

Azərbaycan qara açdı səhəri,
Bürüdü ölkəni şəhid xəbəri.
Göstərib düşmənə lazım hünəri,
Düşməni yerinə çaxdı şəhidlər.

Yenə gəldi neçə şəhid sorağı,
Neçə evin söndü yanan çırağı.
Öz canından üstün bilib bayrağı,
Düşmənin canını aldı şəhidlər.

Qanları torpağa tökülən zaman,
Vətən göylərini aldı bir duman.
Bir əlində bayraq bir əldə Quran,
Haqqın dərgahına qalxdı şəhidlər.

Bayrağı hamıdan tutdular uca,
Vətən binasını qoymazlar uça.
Vətən torpağına nur saça-saça,
Adını tarixə yazdı şəhidlər.

Analar nə qədər saçını yolsun?
Neçə qız-gəlinin həyatı solsun?
Atası deyəndə: Vətən sağ olsun,
Göylərdən qürurla baxdı Şəhidlər.

Bu qədər qan ilə torpaq doymadı?
Ananı baladan ayrı qoymadı?
Baladan doymadı, yardan doymadı,
Vətənin qeydinə qaldı şəhidlər.

Şadman Bəlqiyaslı,
Oxud kənd məktəbinin XI sinif şagirdi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031