manera.az
manera.az

Türk dünyası üçün böyük tapıntı: yeni abidə aşkar olundu

📅 23.08.2022 11:47

Türk dünyası üçün böyük tapıntı: yeni abidə aşkar olundu
Beynəlxalq Türk Akdemiyası və Monqolustan Elmlər Akdemiyasının Arxeologiya İnstitutunun Ötükən bölgəsində Xanqay silsiləsində apardığı elmi axtarışlar nəticəsində Kültigin və Bilgə xaqanın atası İltəriş Qutluq xaqanın məzar kompleksi və yazılı abidəsi tapılıb.

MANERA.AZ xəbər verir ki, bu barədə qazaxıstanlı tarixçi, yazıçı və Beynəlxalq Türk Akdemiyasının prezidenti Darhan Kıdırali öz Feysbuk hesabında paylaşım edib.

Akademiyanın prezidenti qeyd edib ki, 24 avqust Ulan-Batorda keçiriləcək mətbuat konfransında yeni tapılan abidə barədə ətraflı məlumat veriləcək.

Qeyd edə ki, kompleksdə tapılan yeni daş kitabənin üzərində türkcə və soqdca mətnlər var.

Türk dünyası üçün böyük tapıntı: yeni abidə aşkar olundu
Türk dünyası üçün böyük tapıntı: yeni abidə aşkar olundu


Baxış sayı - 567 | Yüklənmə tarixi: 23.08.2022 11:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930