manera.az
manera.az

Parçalanmış ürəyim sevgimizin səngəridir - Yeni İmza

📅 12.05.2022 17:04

Cavid Qasımov - 1996- cı ilin 28 fevralında Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. Hazırda ADMİU-nin nəznində olan Humanitar kollecin "Bədii yaradıcılıq" fakültəsində 4- cü kurs tələbəsidir.

MANERA.AZ "Yeni İmza" layihəsində Cavid Qasımovun şeirlərini təqdim edir:

Vallah

Hər qəbir bir günəşin batdığı yerdir, Vallah.
Günəşin mənzilinə çatdığı yerdir, Vallah.

Gəl gedək mənlə bu dünyadən, əzizim, buralar
Şeytanın adəmi oynatdığı yerdir, Vallah.

Ağ varaqlarda doğulmaqla ölür misralar,
Bu varaqlar əcəlin yatdığı yerdir, Vallah.

Gəzib axtarma görüşçün təzə yer, ən gözəli
Məni öz bəxtimin aldatdığı yerdir, Vallah.

Bu ömür ki dolaşıq düşdü, mən ondan bilirəm
Fələyin çarxını fırlatdığı yerdir, Vallah.

Süpürür yaşlı qadın bir küçədən keçmişini,
Elə bil ki, onun öz atdığı yerdir, Vallah.

Parçalanmış ürəyim sevgimizin səngəridir,
Həm də gizlin məni ağlatdığı yerdir, Vallah.

Torpaq ömrün qoca piştaxtasıdır, bir əcəlin
Can alıb burda sümük satdığı yerdir, Vallah.

Gözlərim hər gecə göydə yanan ulduzlar üçün
Su içib, özlərin islatdığı yerdir, Vallah.

Gözlənilməz qonağın ev qapısın döyməsi də
Ölümü sanki xatırlatdığı yerdir, Vallah.

Uyma, Cavid bu qəzəldə nə qədər and içsə,
Aləmi bir-birinə qatdığı yerdir, Vallah.



Tural Adışirinin təqdimatında


Baxış sayı - 423 | Yüklənmə tarixi: 12.05.2022 17:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031