manera.az
manera.az

Vətənə həyan oğullar - Günün şeiri

📅 20.01.2022 10:34

Vətənə həyan oğullar - Günün şeiri
Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümüdür.

MANERA.AZ İlham Qəhrəmanın “Şəhidlər” şeirini təqdim edir.

Harda adları tutulsa;
Ruhları əyan oğullar.
Baş daşları keşikçitək,
Vətənə həyan oğullar.

Qəbirlər sətir düzümü,
Duaya əydim dizimi.
Ülgüc dəyməyən üzünü
Torpağa qoyan oğullar.

Qeyrətin şəkli mərmərmi,
Üstündə gülləri tərmi?!
Top yerinə güllə, mərmi,
Topnan oynayan oğullar.

Bir yol gedir bu arayla,
Yol qırağı gül sırayla.
Qəbirdən dərin yarayla,
Səssiz uyuyan oğullar.

2001


Baxış sayı - 684 | Yüklənmə tarixi: 20.01.2022 10:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031