manera.az
manera.az

Azərbaycan filmi iki beynəlxalq mükafata layiq görülüb

Azərbaycan filmi iki beynəlxalq mükafata layiq görülüb
“Sonuncu” sənədli filmi Belarusun paytaxtı Minskdə keçirilən 27-ci “Listapad” - Minsk Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə müsabiqə bölməsində “Приз за верность жанру” – (Janra sədaqət) mükafatına, həmçinin Polşanın Lodz şəhərində keçirilən 31-ci Media Festivalı - “Man in Danger”də, Kazimierz Karabasz “Patient Eye” – (Səbirli göz) və pul mükafatına layiq görülüb.

Manera.az xəbər verir ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.

Film, Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin nüfuzlu film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (Bürünc Qəsr), 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyaları üzrə mükafatlara layiq görülüb. Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.

Məlumat üçün qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunub. Filmin rejissoru Fariz Əhmədov hazırda “Azərbaycanfilm” Kinostudiyasının direktorudur.

Linklər:

27-ci “Listapad” – Minsk Beynəlxalq Film Festivalı (Minsk, Belarus) http://listapad.org/news/4029/

31-ci Media Festivalı “Man in Danger” (Lodz, Polşa) https://www.facebook.com/146013755438541/posts/4813540208685849/

Filmin treyleri: https://youtu.be/FN2WkhZwvkYБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31