manera.az
manera.az

Bakıda daha bir məktəb distant təhsilə keçdi

📅 18.11.2021 11:16

Bakıda daha bir məktəb distant təhsilə keçdi
Paytaxtdakı 282 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək

Bu barədə MANERA.AZ-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.


Baxış sayı - 507 | Yüklənmə tarixi: 18.11.2021 11:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031