manera.az
manera.az

Türkiyə səfirinin imza günü keçirilib

📅 07.10.2021 12:00

Türkiyə səfirinin imza günü keçirilib
Bakı Ekspo Mərkəzində təşkil olunmuş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində növbəti tədbir Yunus Əmrə İnstitutunun stendində reallaşıb.

Manera.az xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının "Yokuşun çocukları" kitabının imza gününə həsr edilib.

Bakıdakı belə bir kitab sərgi-yarmarkasının açılmasından məmnunluğunu ifadə edən səfir kitabı haqqında məlumatı jurnalistlərlə bölüşüb.

"VII Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasında kitabımla yer almaqdan xoş hisslər keçirirəm. "Yokuşun çocukları" xatirə və avtobioqrafik janrda yazılmış bir kitabdır. Bu kitab sosial həyat yolçuluğunu ifadə edir. Kitabı, eyni zamanda, gənclər üçün də örnək hesab etmək olar. Ümid edirəm ki, kitab onu mütaliəyə edənlərə faydalı olacaq", - deyə Cahit Bağçı qeyd edib.

Sonra səfir kitabı imzalayaraq oxuculara hədiyə edib.


Baxış sayı - 502 | Yüklənmə tarixi: 07.10.2021 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930