manera.az
manera.az

Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa edilib

Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa edilib
Karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Azərbaycanda həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunub.

Manera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara uyğun olaraq oktyabrın 2-dən
etibarən şənbə və bazar günləri ictimai nəqliyyatda və metroda sərnişinlərin daşınması adi qaydada davam etdiriləcək.

Bununla yanaşı, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Xatırladaq ki, daha əvvəl ictimai nəqliyyatda və metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti noyabrın 1-i saat 06:00-dək uzadılmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728