manera.az
manera.az

İstanbulda Haqverdiyevin əsəri səhnələşdirilib

İstanbulda Haqverdiyevin əsəri səhnələşdirilib
İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Vizyon Teatrı yeni tamaşasını təqdim edib.

Bu barədə müsahibəsində teatrın meneceri Elşad Hakverdi bildirib.

Fəaliyyətinin beşinci ilində teatrda janr dəyişikliyi edildiyini bildirən Elşad Hakverdi deyib: “Düz beş il bundan əvvəl Qarabağ kimi ağrımız var idi və biz bunu dünyaya tanıtmaq məqsədilə bu yola çıxdıq. Düşündük ki, bu yolda teatr ən yaxşı təsir vasitələrindən biridir. Elə də oldu. Tamaşaçılarımız bizimlə birgə ağladılar, ağrımıza ortaq oldular. Çünki biz həqiqəti çatdırmağa çalışırdıq. Teatrın qurucuları Elçin İmanov və Kemale Kamal bu yolda çox hər bir çətinliyə sinə gərdilər. Vətənimiz üçün əlimizdən gələn hər şeyi etməyə çalışdıq”.

“Teatrın ilk yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən bizə Əbdürrəhim bəy Haqverdiyevin Türkiyə türkcəsinə tərcümə olunmuş “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərinin ssenarisi göndərildi. Pandemiya səbəbindən teatrlarımızın Ə.Haqverdiyevin 150 illiyini qeyd edə bilməməsini də nəzərə alaraq, bu tamaşaya hazırlaşdıq və teatrsevənlərə təqdim etdik. Tamaşa çox müsbət qarşılandı”, - deyə E.Hakverdi deyib.

Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Alizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Letafet Refikqızı, baş koordinator meneceri Elşad Hakverdi, xoreoqrafı Rafiz Mehdizadə, baş rejissoru Elçin İmanov, teatrın rəhbəri isə Kemale Kemaldır.

O bildirib: “Hazırda teatrımız Avropanın fərqli ölkələrində bir sıra festivallara hazırlaşır. Bununla yanaşı, körpə balalarımız üçün “Tık-tık xanım”, “Almaların sirri” kimi uşaq tamaşaları da artıq hazırdır. Türkiyədə azərbaycanlı uşaqlar da böyüyür. Onların hərtərəfli inkişafı üçün teatrların, xüsusilə, Azərbaycan teatrlarının əhəmiyyətli rolu var. Eyni zamanda, Türkiyə vətəndaşları da Azərbaycan teatrını sevə-sevə izləyirlər, mədəniyyətimizə xüsusi maraq göstərirlər. Kollektivimiz növbəti uğurlu çıxışdan sonra bu tamaşanı Azərbaycanda da təqdim etməyi səbirsizliklə gözləyir. Ən böyük arzumuz isə mədəniyyətimizin beşiyi olan Şuşada bu tamaşamızla çıxış etməkdir. Gələcək üçün çox möhtəşəm və böyük layihəmiz var”.

İstanbulda Haqverdiyevin əsəri səhnələşdirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30