manera.az
manera.az

314 tarix-mədəniyyət abidəsinə baxış keçirilib - Nazirlik

📅 30.05.2021 11:51

314 tarix-mədəniyyət abidəsinə baxış keçirilib - Nazirlik
İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 314 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.

Bu barədə Manera.az-a Mədəniyyət Nazirliyindən bildiriblər. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 125 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.

Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib.

Həmçinin, aparılan ilkin monitorinqlər zamanı 855 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 457-si kitabxana, 345-i klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.


Baxış sayı - 536 | Yüklənmə tarixi: 30.05.2021 11:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031