manera.az
manera.az

“Beşbarmaq dağı” tarixi abidələr siyahısında

📅 01.09.2020 18:23

“Beşbarmaq dağı” tarixi abidələr siyahısında
“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Manera.az xəbər verir ki Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Qərara əsasən, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Arxeoloji abidələr” bölməsi üzrə 1697-ci bənddən sonra “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” hissəsi əlavə edilib.

Xatırladaq ki, iyun ayında Prezident İlham Əliyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalamışdı.


Baxış sayı - 1 228 | Yüklənmə tarixi: 01.09.2020 18:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930